- Dalida Sebet

Перейти к контенту

Главное меню:

İnsanın varlıqdan yüksəyə qalxmaq cəhdi həmişə mövcud olub. İkar haqqında qədim əfsanələrdən başlayaraq ta təyyarə istesalının bütün tarixinə qədər bəşəriyyət həmişə baxışlarını yuxarılara yönəldərək səmaya toxunmağa səy göstərib.
Amma, əgər bir o qədər də qlobal düşünmədən adi asudə vaxt haqqında danışsaq və əgər sizə boş vaxtınızı keşirmək üçün zirzəmi yaxud açıq terras arasında seçim imkanı verilərsə, mən əminəm ki, siz ikincini seçərsiniz. Xüsusilə də, əgər bu terras ultramüasir ticarət kompleksinin – Bakının ən mərkəzində yaxın vaxtlarda tikilmiş "Nərgiz" ticarət mərkəzinin damında yerləşirsə. Və, əgər bu terrasda artıq bir ildən çox reklama ehtiyacı olmayan, artıq bakılıların və şəhərin qonaqlarının sevgisini və etibarını qazanmış "Dalida" kafesinin yerləşdiyini də qeyd etsək, onda tam dəqiq, seçimin düzgünlüyü ilə bağlı bütün şübhələr aradan qalxacaq. Meqapolisin mərkəzində yüksəklikdə yayın bərk istisində belə yayxanmaq xoş olan sahil küləyinin toxunduğu hörmə divanlar və geniş tentlərin kölgəsində amansız günəş şüalarından xilas olmaq sizə biganə qalmağa imkan verməyəcək. Amma yuxarıdan Bakının mərkəzinin icmalını yaradan Fəvvarələr Meydanı – əsas deyil, bu, sizin "Dalida"ya səfərinizin yalnız zövqverən tərkib hissəsidir.Sürprizlər sizə təqdim olunan menyudan başlanır, hansı ki, gözəlliyi və icra olunma stilinə görə bizim qəzetlə yarışa girə bilər və oradakı hər yeməyin standart təsvirindən başqa həmçinin əyani təsviri də verilmişdir. Xüsusən ürəkaçan fakt ondan ibarətdir ki, 
yeməyin çap edilmiş gözəl fotosu ilə gerçək olaraq sizə gətirilən uyğunluq təşkil edir. Bu, orijinal malın keyfiyyətinin onun reklamına tamamilə uyğun olmadığı bizim reklam marketinqi əsri üçün çox əhəmiyyətli amildir. Sərinləşdirici və spirtli içkilərin böyük seçimini müxtəlif ət, toyuq və balıq yeməklərinin geniş çeşidi tamamlayır. Əgər siz yeməyin hazırlanması prosesinə tamaşa etmək həvəskarısınızsa, onda aşpaz gözləriniz qarşısında sizin üçün isti yeməklər hazırlaya bilər."Səbət" interyeri həmçinin genişliyi ilə də ziyarətçiləri sevindirəcək. "Səbət"da artıq bəyənilmiş terrasdan başqa, həmçinin geniş dairəvi zal da olacaq. Böyük şəffaf şüşə günbəzin sayəsində zal gündüzlər təbii günəş işığına qərq olacaq, axşamlar şam yeməyi isə başınız üstündəki ulduzlu səmanın fusunkarlığı ilə müsayət olunacaq. Kəskin günclərə malik olmayan zalın əlahiddə xüsusiyyətləırinə görə, klassik mebelli interyer həmçinin hamar xətlərlə zəngin olacaqdır. Rahat divanlar qoyulmuş VIP-zona cah-calalın və zövqün simvolu təsiri bağışlayacaq.
"Səbət"in təşkilatçılarına müvəffəqiyyətlər və ideyalarının tezliklə həyata keçməsini arzulayırıq! Və ümid edirik ki, çoxlarının zövqünü oxşayan "Dalida" kimi "Səbət"da da müştərilər özünü həm sözün birbaşa, həm də məcazi mənasında yüksəklikdə hiss edəcəklər.
"Dalida" kafesinin bütün pərəstişkarları üçün digər xoş xəbər xidmətin tamamilə yeni səviyyəsinə keçilməsidir. Yaxın vaxtlarda açılışına hazırlaşılan tamamilə yeni restoran tipli "Səbət" kafesi artıq fəaliyyətdə olan kafeyə könülaçan əlavə olacaq. Adından aydın olduğu kimi "Səbət" kafesi lyuks dərəcəli müəssisə olaraq fəaliyyət göstərəcək. "Səbət" restorana məxsus ən yaxşını götürüb, kafenin xidmət tezliyini saxlayacaq. Yeni menyuda avropa mətbəxinin yeməklərindən miks təqdim edilir və onda "fast food" tematikasına aid yeməklər mövcud olmayacaq.
 
Назад к содержимому | Назад к главному меню