- Dalida Dafne

Перейти к контенту

Главное меню:

Həddindən artıq fiziki və zehni yorğunluq yuxusuzluğa gətirib çıxarır. Passiv həyat tərzi və həddindən artıq yatmaq da sağlamlığa ziyan verən səbəblərdənir. Orta əsrlərin şərq alimləri iş rejimi və istirahət saatlarını düzgün planlaşdırmağı məsləhət görürdülər. Əgər söhbət istirahətin düzgün planlaşmasından gedirsə, bunun üçün seçəcəyiniz məkan da önəmlidir. Biz sizə bu işdə tam zəmanət verərək məkanımız Dafne by Dalidanı məsləhət görərdik. Ilk olaraq restoranımızın yerləşdiyi məkan və tikiliş qaydası bunun üçün tam əlverişlidir. Əgər nəzərə alsaq ki istirahət üçün həmişə təmiz havası olan və daima günəşin işıqları düşən yerin olması vacibdir. Dafne by Dalida bu tələblərə cavab verir. Şəhərin ən gözəl və qaynar küçələrindən birində yerləşən restoranımız zövqlü interyer dizayna malik olmaqla yanaşı, geniş terrası və yaraşıqlı zalları ilə zövqünüzü oxşayacaq.

Restoranımızdan şəhərə açılan füsünkar mənzərə isə sizə xüsusi rahatlıq verəcəkdir. Dafne by Dalidadan açılan mənzərədən gündüzləri bir, gecələri isə başqa bir gözəlliyi seyr edə biləcəksiniz. İstirahət edərkən əhval-ruhiyyənin yüksəlməsi də vacib şərtlərdəndir. Psixoloqların fikrincə dincəlmək üçün seçilən məkanın aurasından çox şey asılıdır. Əgər müsbət aura almaq və ruhunuzun dincəlməyini istəyirsinizsə, Dafne by Dalida bunu da sizə vəd edir. Pozitivə köklənən personalımız, yüksək diqqət və keyfiyyətli xidmətlə qulluğunuzdayıq. Insan hisslərinin riyaziyyatı hesab edilən musiqinin də istirahət zamanının əsas meyarlarından biri olduğunu nəzərə alsaq, zövqünüzü oxşayan gözəl musiqiləri, istirahətinizə rəng qatmaq üçün bizim məkanımızda dinləyə bilərsiniz.

Sadaladıqlarımızı yaşamaq üçün sağlamlıq önəmlidir. Sağlamlığa aparan birinci yol isə düzgün, halal və keyfiyyətli qidalanmadan keçir. Saglam qida uzmanlarının təbiirincə desək doğru qidalanma mövcud olmağın zəruri şərtlərindəndir. Zəngin menyuya malik restoranımızın peşəkar aşpazlarının hazırladıqları təamlar hər birinizin ağız dadına uyğun olmaqla yanaşı öz halallığı, keyfiyyəti, səliqəsi və göz oxşayan dizaynı ilə seçilir. İstirahətinizi və sağlamlığınızı Dafne by Dalidaya etibar etdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildirir və bunun bizim üçün şərəf olduğunu diqqətinizə çatdırırıq..
 
Назад к содержимому | Назад к главному меню