- Dalida Sebet

Перейти к контенту

Главное меню:

Harada dostlarınla səmimi oturmaq olar? Ən dadlı, sərfəli qiymətlə yeməklər harada verilir? Harada imic və problemləri fikirləşmədən gözəl vaxt keçirmək olar? Cavab üzdədir - restoran-kafe «Dalida», hansı ki təzəlikcə bütün bakılıların və şəhərimizin qonaqlarının sevdiyi yerdə - Fəvvarələr meydanında yerləşən «Nərgiz» ticarət mərkəzində fəaliyyətə başlamışdır. Hamı bilir ki, ən müvəffəqiyyətli restoranlar qonaqları saxlamağı və cəlb etməyi fərqli bir xüsusiyyətlə bacarırlar. Buna misal, orijinal mətbəx, qeyri-standart konsepsiya, qeyri-adi dizayn, rahat yer, bir sözlə, bu gün «fişka» adlandırılacaq hər şey. «Dalida»da bütün bunlar müvəffəqiyyətin nəticəsidir –maksimum rahatlıq, şəhər mərkəzi, dadlı və rəngarəng mətbəx, gözəl personal. «Dalida» - müasir və eleqant kafe olaraq - ən gözəl yerdir. Burada təkrarolunmaz atmosferlə, müsbət təsir göstərən hisslərlə, rahatlıqla, sevinclə öz dostlarınızla görüşə bilərsiniz. Baxmayaraq ki, «Dalida» 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir, qısa bir müddətdə o, bakılıların və şəhərimizin qonaqlarının sevimli görüş yerinə çevrilmişdir. Mətbəx, restoranın daimi müştərilərini tam olaraq dadlı hazırlanmış yeməklərlə həzz almağa imkan verir. Türkiyədən gələn təcrübəli baş-aşpaz həmişə nə isə bir yenilik fikirləşir və onu yeməklərin hazırlanmasında tətbiq edir, buna görə də onun yeməklərinin dadı heç vaxt eyni olmur. MENYU öz müxtəlifliyi ilə gələn qonaqları heyrətləndirir və daim sürprizlərlə dolu olur. MENYU o qədər müxtəlifdir ki, hər bir müştəri burada ona lazım olan dadı - ət xörəklərinin böyük çeşidini, о cümlədən balıq və toyuqdan müxtəlif yeməkləri, xəmir xörəklərini, tərəvəz yeməklərini, dadlı desert və müxtəlif içkiləri tapır. Dad bayramı о vaxtı başlayır ki, siz yeməkləri böyük rəngarəng jurnalı xatırladan orijinal MENYUdan seçirsiniz. Sonra, baş-aşpaz verilmiş təklifi improvizasiya edir. Ona görə də, onun əllərində məhsullardan hazırlanan yeməklər qeyri-adi alınır. İndi hər hansı bir şeylə qonaqları təəccübləndirmək çox çətindir, lakin «Dalida»da bu alınıb – belə ki, burada verilən bəzi sifarişlər qonaqların gözü qarşısında hazırlanır. Bu gün Bakıda belə tipli müəssisələr yoxdur. Yeməklərin hazırlanma üsulu elədir ki, restoranın təcrübəsiz qonağına belə nəticə tam aydındır, ona görə ki, məhsulun təbii dadının saxlanması, yaxşı dad hisslərinin qeyd olunması məqsədyönlüdür.
Bu da «Dalida»-nın aşpazlarının mükəmməliyyə çatmasına imkan yaradıb - bəzi qonaqların dediklərinə görə, Bakının heç bir yerində belə dadlı hazırlamırlar. Açıq mətbəxlə xidmətin öz xüsusiyyələri var - «Dalida»-da aşpazlar tək gözəl yeməklər hazırlamırlar,həm də qonaqlara dəyərli məsləhətlər verirlər, sousları və ədviyyatları necə düzgün uyğunlaşdırmaq barədə danışırlar.
«Dalida»-nın interyeri- başdan-ayağa dizayner tapıntısıdır. «Dalida» rənglərin harmoniyası ilə təəccübləndirir, gözlənilməz işıq dalğaları, seçilmiş konstruksiyalar, interyerin yüngül transformasiya imkanları və müvafiq dekorlaşma ilə soft-modern üslubunda hazırlanıb.
Dizaynerlər daxili interyerin,aşpazlar isə yeməklərinin hazırlanmasında nə qədər təkmilləşsələr də, dadlı yemək yeməyi və maraqlı vaxt keçirməyi xoşlayanlar yenə də yayı gözləyirlər. Yay - hər kəsin səbirsizliklə gözlədiyi vaxtdır - uzun isti axşamlar, təmiz havada gözəl bayramlar, yeni görüşlər. Məhz «Dalida»nın, «Nərgiz» Ticarət Mərkəzinin bütün üçüncü mərtəbəsinin dairəsində yerləşən yay terrası, bakılılar və şəhərimizin qonaqları üçün gözəl hədiyyədir - dadlı, yeni və yüngül yeməklər, bakalda parıldayan çaxır və yay axşamının romantik atmosferini tamamlayan həzin musiqi.
«Dalida»da hər şey münasibətə gətirir - burada nahar və romantik şam yeməyi etmək, işgüzar danışıqlar və bayram keçirmək(korporativ bayram, təqdimat və ya yubiley) mümkündür. Hansı ki bu tipli tədbirlərin keçirilməsində və hazırlanmasında «Dalida» böyük təcrübəyə malikdir. Bunların da ən yüksək səviyyədə keçirilməsi «Dalida» tərəfindən bütün imkanlarla təqdim olunur - layiqli xidmət, rahatlıq və xırdalıqlara qədər düşünülmüş hər bir detal bütün belə tədbirləri keçirmək istəyənlərə ideal yerdir. Ona görə ki, «Dalida»nın menecmenti — bütün iş detallardan asılıdır, hər detalın öz mənası var, heç bir məhdudiyyət yoxdur, heç bir müştəri «yox» eşitməz - bu prinsiplərini əsas tutaraq rəhbərlik edir. Bircə söz demək kifayətdir ki, tanınmış zərgərlik evi «Karloff» təqdimat keçirmək üçün xüsusən «Dalida»nı seçmişdir. Gözəl atmosfer və daimi servis restoranın əsas atributlarıdır. Burada da böyük xidmət onun rəhbərliyinə - İlqar Dadaşova və onun türk ortağı olan və Bakıda daha çox Əli usta kimi tanınan Əli Yıldırıma xasdır. O, gözəl aşpazdır və bir neçə beynəlxalq aşpazlar müsabiqələrində Azərbaycan bayrağı altında qalib olub. Qeyd etmək lazımdır ki, «Dalida»-nın sahibləri restoran biznesində yeni və nabələd deyillər. Vaxtı ilə tanınmış «Sinema klub» bu sferada ciddi biznesin dövrünü açmışdır, «Pizza İn» isə onların rəhbərliyinin köməyi ilə Bakının ən böyük kafesidir. Onların 1000 nəfərdən artıq insana xidmət edən ketrinq firması çox məşhurdur. Lakin onlar nail olduqları ilə kifayətlənməyə öyrəşməyiblər və «Dalida» - biznes-tandemin növbəti qalibiyyətidir. Onlar insanları təəccübləndirəcək yeni, qeyri-adi müəssisə yaratmışlar. «Dalida»-nın qonaqları və müştəriləri üçün nə edilirsə - məhəbbətlə edilir.

 
Назад к содержимому | Назад к главному меню